Login:
Password:

Forgot password? Register

Article

TheSavior


Redactor

8


13
20 Yanvar(Qara Yanvar) (Political)
Posted 8 years ago by
TheSavior    
Report


Qara Yanvar — 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmişdir.

Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda — yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir.

Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur; hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olmuşdur. SSRİ Konstitusiyası, Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdır. Qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkarlıq aksiya Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır.
1988-ci ildə Azərbaycan SSR Sovet İttifaqının ən konservativ respublikalarından biri idi və siyasi dissidentlər üçün burada yer yox idi.Ermənistan SSR-də də partiya iyerarxiyasının böyük hissəsi yeni millətçi hərəkatla əməkdaşlıq etmək arzusunda olduğundan, burada millətçilər hakimiyyəti daha asanlıqla ələ keçirdilər.Azərbaycanda hakimiyyət və müxalifət arasında kompromis üçün heç bir əsas yox idi, həm də respublikanın gələcək taleyi barədə onlar fərqli fikirdə idilər.Fikir ayrılığın digər səbəbi rusdilli kosmopolit Bakı ziyalılan ilə respublikanm digər əhalisini bir-birindən ayıran uçurum idi."Alimlər klubu"nun bəzi iştirakçılan partiya üzvləri idilər.Millətçiliyi təbliğ edən və Mixail Qorbaçovun yenidənqurmasma maraq göstərməyən radikal ictimai xadimlər onlara nifrət edirdilər.İki ən məşhur radikal - tarixçi Etibar Məmmədov və həmkarlar ittifaqı fəalı Nemət Pənahov 1940-cı illərdə Ermənistanı tərk etmiş azərbaycanlı ailələrindən idilər.Hökumət və parçalanmış müxalifət "oyunun qaydalarmı" razılaşdıra bilmədiklərindən, hakimiyyət uğrunda mübarizə uzun sürdü.Sonda, 1990-cı ilin yanvarda Bakıda rəsmi Moskva və Azərbaycan Xalq Cəbhəsi arasında qanlı qarşıdurma baş verdi.Sovet rəhbərliyi SSRİ tarixində ilk dəfə sovet şəhərinə qoşun yeritdi.

Qara Yanvar başlayanda kütləvi zorakılığın həyəcan doğuran əlamətləri artıq sezilirdi: hüquq-mühafizə orqanları tərəfindən müdafiəsiz qalmış ermənilər; Xalq Cəbhəsində mötədillərin radikallar tərəfindən sıxışdırılması; hakimiyyəti əlindən verən və yenidən özünə qaytarmağa can atan yerli partiya rəhbərliyi; Azərbaycanın Sovet İttifaqı tərkibindən çıxmasına imkan verməmək üçün hər bir addıma hazır olan Moskva rəhbərliyi.Qarabağdan gələn xəbərlər vəziyyəti daha da gərginləşdirirdi. Yanvarın 9-da Ermənistan parlamenti Dağlıq Qarabağ öz büdcəsinə daxil etmək qərarına səs verdi və əlbəttə ki, bu addım azərbaycanlıları qəzəbləndirdi. Qarabağın şimalında - Xanlar və Şaumyan rayonlarında ermənilərlə azərbaycanlılar arasında toqquşmalar baş verdi, insanlar girov götürüldü, daxili qoşunlarm dörd əsgəri öldürüldü.

Yanvarın 6-7-də Xalq Cəbhəsi parçalandı.Mötədil baxışlarına sadiq qalan ziyalılardan ibarət kiçik qrup təşkilatın tərkibindən çıxdı və Leyla Yunus və Zərdüşt Əlizadənin rəhbərliyi altında Azərbaycan Sosial Demokrat Partiyasını yaratdı.Cəbhənin tərkibində qalanlar isə Lenin meydanında kütləvi nümayişlərə başladılar, lakin onlar da artıq iki dəstəyə bölünmüşdülər.Moskvadan Bakıya daha bir neçə min nəfərlik daxili qoşun kontingenti göndərildi.Yanvarın 11-də Xalq Cəbhəsinin bir qrup radikalı Lənkəran şəhərində bir neçə inzibati binanı zəbt etdi və hakimiyyəti ələ keçirdi.İki gün sonra vəziyyəti aydınlaşdırmaq üçün hadisə yerinə göndərilmiş "Bakinskiy Raboçiy" qəzetinin müxbiri şəhərdə sovet hakimiyyətinin devrilməsinin şahidi oldu:

" Mən əvvəlcə şəhər partiya komitəsinin birinci katibi Y.Rzayevlə görüş təyin etdim və sonra raykomun binasına getdim. Lakin qapıda silahlı adamlar durmuşdu. Məni içəri buraxmadılar və onlardan biri mənə yaxınlaşıb dedi: "Raykom artıq yoxdur. Burda heç kim işləmir. İçəri girməyə icazə verilmir. "
Yanvarm 12-də Viktor Polyaniçko yeni təzadlı plan irəli sürdü.Onun Xalq Cəbhəsi ilə apardığı danışıqlarının nəticəsində respublika sərhədlərini erməni təcavüzündən qorumaq üçün Azərbaycanda "Milli Müdafiə Şurası"nın yaradılacağı bəyan olundu.Komitənin beş liderindən dördü Xalq Cəbhəsinin radikal qanadını təmsil edirdilər və əsl mənada Azərbaycanda kommunist partiyası rəhbərliyinin qəddar düşmənləri idilər.Onlardan ikisi - Nemət Pənahov və Rəhim Qazıyev yerli televiziyada çıxış etdilər.Pənahov bəyah etdi ki, Bakı evsiz qaçqınlarla doludur, lakin minlərlə erməni hələ də rahatlıq içində yaşayır, bununla da o, əhalini ermənilərə qarşı yönəlmiş zoraklığa təhrik etdi.

Ermənilər Bakıdan qovulduqdan sonra Moskva və Xalq Cəbhəsi arasında münasibətlərə aydmlıq gətirməyin məqamı çatdı.Hələ basqınlar bitməmiş, yanvarın 14-də vəziyyəti nəzarətə almaq üçün Qorbaçovun yaxın siyasi silahdaşı Yevgeni Primakovun başçılığı ilə Siyasi Büronun nümayəndə heyəti Bakıya gəldi.Şəhər kənarında kazarmalarda yerləşdirilmiş çoxminli qoşunlara şəxsən komanda etmək üçün SSRİ müdafiə naziri Dmitri Yazov həmçinin bura gəldi.Dağlıq Qarabağda, Azərbaycanın və Ermənistanın sərhədyanı rayonlarında və Gəncədə fövqəladə vəziyyət tətbiq etmək qərarı verildi, lakin nədənsə bu qərar Bakıya şamil olunmadı.

Bakı küçələrində millətçi hərəkatın fəalları ağalıq edirdilər. Şəhər kənarındakı əsgər kazarmalarına aparan yollarda onlar yük maşınlarından və beton bloklardan barrikadalar qurmuşdular.Yanvarın 17-də onlar Mərkəzi Komitənin binası önündə bütün yolları bağlayıb, fasiləsiz mitinqə başladılar. Binanın önündə dar ağacı peyda oldu, lakin onun əsl məqsədi - hədə-qorxu və ya həqiqi edam aləti olması - elə də sirr olaraq qaldı.Moskva emissarları və Xalq Cəbhəsinin rəhbərliyi üstüörtülü oyun aparırdılar.Etibar Məmmədovun sözlərinə görə, Primakov Azərbaycanın Sovet İttifaqı tərkibindən çıxmasma razı olmayacağı haqqında onlara xəbərdarhq etdi və qoşun yeridəcəyinə işarə etdi:

" Primakov mənə dedi ki, "Siz müstəqilliyin bir addımlığındasınız".
Etibar Məmmədov "
Lakin qoşunlan yeritmək haqqında qərar hələ qəbul edilməmişdi. Bəzi mənbələrə görə, Primakov Qorbaçova zəng edib onu razı salmağa çalışırdı ki, hərbi müdaxiləyə icazə verməsin.
Nəhayət, Qorbaçov və onun güc nazirləri yanvarın 19-dan 20-nə keçən gecə Bakıya qoşun yeritməyi qərarlaşdırdılar.Gecəyarı fövqəladə vəziyyət tətbiq olundu.Lakin şəhər sakinləri bundan xəbərsiz idilər, çünki axşam saat 7:30-da televiziya stansiyasınm enerji bloku partladıldıqdan televiziya yayımı kəsilmişdi. Bu təxribatı çox güman ki, xüsusi xidmət orqanları təşkil etmişdilər. Nəticədə, bakılıların əksəriyyəti fövqəladə vəziyyət barədə yalnız səhər saat 5:30-daMirzə Xəzərin səsi ilə Azadlıq Radiosundan və vertolyotlardan atılmış vərəqələrdən xəbər tuta bildilər.
Lakin artıq çox gec idi. Gecəyarıdan çox keçməmiş əsgərlər və tanklar hərbi hissədən çıxıb şəhərə tərəf irəlilədilər.Şəhərə cənub tərəfdən daxil olan qoşunların böyük hissəsi yerli qarnizonlardan idi və şəhərə atəş açmadan girə bildilər.Şimaldan gələn qoşunlar şəhərə elə daxil oldular ki, elə bil Bakı düşmən əlində idi.Tanklar yollardakı avtomobilləri və hətta təcili yardım maşınlarmı basaraq barrikadalardan keçirdi. Şahidlərin sözlərinə görə, əsgərlər qaçan adamları atəşə tutur, yaralıları süngüləyir və güllələyirdilər.Dinc sakinlərlə dolu avtobus gülləborana tutuldu, bir çox sərnişinlər, o cümlədən on üç yaşlı Larisa Məmmədova qətlə yetirildi.
SSRİ tarixində ilk dəfə idi ki, Sovet Silahlı Qüvvələri Sovet şəhərinə - Bakıya hərbi müdaxilə etdilər.Bu, həm Azərbaycan, həm də Sovet İttifaqı üçün böyük faciə oldu.Ordu hissələri cəmi bir neçə saat ərzində şəhəri tam nəzarətə aldı və Moskvanın hakimiyyəti bərpa edildi.Lakin Moskva məhz elə 1990-ci il yanvarın 20-də Azərbaycanı itirdi.
20 yanvar deputat istintaq komissiyasının məlumatına görə, Bakıda olan Sovet qoşunları 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə əsasən beş istiqamətdə hərəkət edirdi.
Yanvarın 20-nə keçən gecə 131 insan öldürülmüş: onlardan 117-si azərbaycanlı, 6-sı rus, 3-ü yəhudi, 3-ü tatar; 744 adam ağır xəsarət almış; 4-şəxs itkin düşmüş; 400 nəfər isə həbs edilmişdir.Fövqəladə vəziyyət elan ediləndən sonra isə 21 nəfər qətlə yetirilmişdir. Fövqəladə vəziyyət elan edilməmiş rayonlarda - Neftçala və Lənkəranda 25-26 nəfər öldürülmüşdü.Sonradan araşdırmalar aparan Moskvadakı "Şit" ("Qalxan" adlı müstəqil hərbi qrup belə bir nəticəyə gəldi ki, Sovet ordusu sovet şəhərinin sakinlərinə qarşı əsl müharibə aparıb. Qrup hərbi əməliyyata şəxsən başçılıq etmiş müdafiə naziri Dmitri Yazova qarşı cinayət işi açmaq tələbi ilə çıxış etdi.Həmin gün həmçinin ən azı 21 əsgər dünyasını dəyişdi. Lakin indiyə kimi tam aydın deyil ki, bu, necə baş verib: ola bilsin, etiraza qalxan insanlar silahlı müqavimət göstəriblər, lakin bəzi əsgərlər qaranlıq şəhərdə qarışıqlıq ucbatından öz yoldaşlannın açdığı atəşin qurbam ola bilərdilər.
"Şit" təşkilatı ekspertlərinin hesabatında qeyd olunur:
Adamların xüsusi qəddarlıqla və yaxın məsafədən güllelenmisdir.Ardi yorumlarda


Next article:
Azerbaycani terk etmeyimin sebebi! (7 years ago)

E-Sim
Free strategy browser game.
This server is closed

 160+ Countries
 ~40k active users
 15 seconds to register

About the game:


USA as a world power? In E-Sim it is possible!

In E-Sim we have a huge, living world, which is a mirror copy of the Earth. Well, maybe not completely mirrored, because the balance of power in this virtual world looks a bit different than in real life. In E-Sim, USA does not have to be a world superpower, It can be efficiently managed as a much smaller country that has entrepreneurial citizens that support it's foundation. Everything depends on the players themselves and how they decide to shape the political map of the game.

Work for the good of your country and see it rise to an empire.

Activities in this game are divided into several modules. First is the economy as a citizen in a country of your choice you must work to earn money, which you will get to spend for example, on food or purchase of weapons which are critical for your progress as a fighter. You will work in either private companies which are owned by players or government companies which are owned by the state. After progressing in the game you will finally get the opportunity to set up your own business and hire other players. If it prospers, we can even change it into a joint-stock company and enter the stock market and get even more money in this way.


In E-Sim, international wars are nothing out of the ordinary.

"E-Sim is one of the most unique browser games out there"

Become an influential politician.

The second module is a politics. Just like in real life politics in E-Sim are an extremely powerful tool that can be used for your own purposes. From time to time there are elections in the game in which you will not only vote, but also have the ability to run for the head of the party you're in. You can also apply for congress, where once elected you will be given the right to vote on laws proposed by your fellow congress members or your president and propose laws yourself. Voting on laws is important for your country as it can shape the lives of those around you. You can also try to become the head of a given party, and even take part in presidential elections and decide on the shape of the foreign policy of a given state (for example, who to declare war on). Career in politics is obviously not easy and in order to succeed in it, you have to have a good plan and compete for the votes of voters.


You can go bankrupt or become a rich man while playing the stock market.

The international war.

The last and probably the most important module is military. In E-Sim, countries are constantly fighting each other for control over territories which in return grant them access to more valuable raw materials. For this purpose, they form alliances, they fight international wars, but they also have to deal with, for example, uprisings in conquered countries or civil wars, which may explode on their territory. You can also take part in these clashes, although you are also given the opportunity to lead a life as a pacifist who focuses on other activities in the game (for example, running a successful newspaper or selling products).


At the auction you can sell or buy your dream inventory.

E-Sim is a unique browser game. It's creators ensured realistic representation of the mechanisms present in the real world and gave all power to the players who shape the image of the virtual Earth according to their own. So come and join them and help your country achieve its full potential.


Invest, produce and sell - be an entrepreneur in E-Sim.


Take part in numerous events for the E-Sim community.


forum | Terms of Service | Privacy policy | Support | Wikia | Alpha | Luxia | Primera | Secura | Suna | Epica | Versa | Chimera | esim political game
Play on